Şou-biznes

Afət Flora Kərimovanı məhkəməyə verdi - Nüfuzuma zərər vurur

11 Mart 2022 11:24
5 Şərh     Baxış: 1 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovanı məhkəməyə verib.

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a sənətçinin özü məlumat verib. 

O qeyd edib ki, sənətçi bu barədə xüsusi ittiham qaydasında Binəqədi rayon Məhkəməsinə şikayət edib.

A.Fərmanqızı şikayətə səbəb olaraq Flora Kərimovanın onun şərəf və ləyaqətini alçaltmasını, ictimai nüfuzuna zərər vurmasınlı, həmçinin təhqir olunmasını göstərib.

Müğənni həmçinin onun barəsində yanlış məlumat yayan iki xəbər saytını da məhkəməyə verib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.