Şou-biznes

Məşhur müğənni və ailəsi evsiz qaldı

11 Mart 2022 09:24
1 Şərh     Baxış: 1 472
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Robbi Uilyams bütün evlərini satıb və indi ailəsinin harada yaşayacağını bilmir.

Bu ilin yanvarında müğənni Uiltşirdəki evini 6,75 milyon funta, keçən həftə isə Los-Ancelesdəki malikanəsini 37 milyon funta reper Dreykə satıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, indi ifaçı etiraf edib ki, o, həyat yoldaşı Ayda Fild və dörd övladı Teodora, Çarli, Kolett və Bo ilə birlikdə harada yaşayacaqlarını düşünürlər.

"Əslində, biz indi havadayıq. Mənzilimiz yoxdur, demək olar ki, hər şeyi satmışıq və biz nə edəcəyimizi anlamağa çalışırıq", - deyə Robbi Uilyams bildirib. Müğənninin sözlərinə görə, mənzil seçimi məsələsini uşaqların müxtəlif yerlərdə oxuması, Robbinin özünün isə dünyanı gəzməsi çətinləşdirir.

Jurnalistlər müğənni və ailəsinin bir müddət Avstraliyaya köçməsinin mümkün olduğunu iddia edirlər. Belə ki, məhz orada onun həyatı ilə bağlı yeni bioqrafik film çəkiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.