Şou-biznes

"Anam böyrəyinin birini mənə verdi" - VİDEO

10 Mart 2022 14:06
0 Şərh     Baxış: 1 744
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ancaq yaxın dostlarım bilirdi ki, mən böyrək çatızmazlığından əziyyət çəkirdim. Ötən il xəstəlik daha da kəskinləşdi və mənə böyrəkköçürmə əməliyyatı etdilər".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Azər Baxşəliyev "Xəzər TV"yə açıqlmasında deyib. O, ötən il keçirtdiyi ağır əməliyyatdan bəhs edib:

"Donor qismində isə öz böyrəyinin birini mənə anam verdi. Mənə elə gəlir ki, bu, bir ananın övladı üçün canından belə keçməyə hazır olmağının bariz nümunəsidir. Kimsə anası haqda danışanda deyir, "məni dünyaya gətirən anam". Mənim anam isə ikinci dəfə məni dünyaya gətirdi".

Qeyd edək ki, Azər tamaşaçılara "Bozbash pictures"dəki Ağsaqqal obrazı ilə tanınır. Aktyorun əməliyyatı İranda olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.