Şou-biznes

Məşhur yazar ukraynalı uşaqlar üçün 2,2 milyon topladı

9 Mart 2022 17:54
0 Şərh     Baxış: 1 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Harri Potter" kitabın müəllifi Coan Roulinq Rusiyanın Ukraynaya hücumu nəticəsində zərər çəkmiş uşaqlara yardım olmaq üçün ianə kompaniyası başladıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yazar sahibi olduğu "Lumos" xeyriyyə fondu vasitəsilə həyata keçirdiyi ianə aksiyası nəticəsində 1 milyon funt sterlinq (2,2 milyon manatdan çox) toplayıb.

Coan tviter hesabında vəsaitin toplanmasında iştirak edən şəxslərə təşəkkürünü bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ukraynada anadan olan aktrisa Mila Kunis və həyat yoldaşı Eşton Katçer də ianə kampaniyası başladıb və özləri də 3 milyon dollar yardım ediblər. Ümumilikdə cütlük 30 milyon dollar toplamağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.