Amerika müstəqil filmlərinin ən yaxşılarının seçildiyi "Spirit" mükafatları sahiblərinə verilib.
Milli.Az olay-a istinadən xəbər verir ki, ötən gün baş tutan gecədə Meqqi Cilenhalin ilk rejissor işi olan "İtmiş qız" 3 mükafatla tədbirin "ulduzu" olub.
37-ci dəfə keçirilən mükafatlandırma gecəsində "İtmiş qız" "Ən yaxşı film", "Ən yaxşı rejissor" və "Ən yaxşı ssenari" nominasiyaları üzrə qalib seçilib.
Ən yaxşı aktrisa kimi Teylor Peyc, ən yaxşı aktyor kimi isə Troy Kotsur mükafata layiq görülüb.
Tədbirin qırmızı xalısı bir-birindən rəngli görüntülərə səhnə olub.
Milli.Az