Şou-biznes

Rusiyalı aktrisa Kiyevdən qayıda bilmir: "Bilet yoxdur"

4 Mart 2022 10:22
0 Şərh     Baxış: 1 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı aparıcı-aktrisa Tatyana Lazareva Kiyevdən öz ölkəsinə qayıda bilmir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkədə məlumat verib. O bildirib ki, hərbi əməliyyatlar başlamazdan əvvəl şəxsi işləri ilə bağlı Kiyevə gəlib:

"Oteldəyəm, Kiyevi tərk edə bilmirəm. Köhnə binadayam, divarları güclüdür. Burada özümü nisbi təhlükəsizlikdə hiss edirəm. Həyəcan siqnalı daimi səslənsə də, indiyə qədər sığınacağa düşməmişəm. Rusiyaya qayıtmağa heç bir imkanım yoxdur, taksi işləmir. Stansiyaya getmək problemdir, onun harada olduğunu bilmirəm, heç bir bilet yoxdur. Övladlarım mənim üçün narahatdırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.