Şou-biznes

Faiq Tünzaləni həm təriflədi, həm də...

28 Fevral 2022 13:46
2 Şərh     Baxış: 1 533
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Faiq Ağayev Xəzər TV-də yayımlanan "Şourum" verilişində küsülü olduğu həmkarı, Xalq artisti Tünzalə Ağayeva haqda danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, veriliş zamanı sənətçinin mahnısı səsləndirilib. F.Ağayev isə Ağayevanı həm tərifləyib, həm də ondan öncə səhnəyə gəldiyinə eyham vurub:

"Hamı gözümün qabağında səhnəyə gəlib. Təbii ki, hərəsi səhnəyə çıxanda oxumaq tərzləri, səsi yadımda qalıb. "Bakı Payızı"nda münsif idim, o da gözümün qabağında səhnəyə gəlib. Tünzalə çox yaxşı, maraqlı, özünəməxsus müğənnidir. Səhnəyə hər keyfiyyətli musiqi ifa edən adam gələndə peşəkarlar sevinər. Hətta mənim repertuarımda Tünzalə Ağayevanın mahnısı var".

Qeyd edək ki, sənətçilər uzun illər öncə "Səs Azərbaycan" layihəsinin AzTV-də yayımlanan bölümlərində münsif olmuş, yarışmadan sonra aralarından problem yaranmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory