Şou-biznes

İzləyicilərinə 45 minlik krem almağı təklif etdi, tənqid olundu

24 Fevral 2022 14:48
Baxış: 1 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktrisa Yasemin Özilhan reklam etdiyi kremlə gündəmə gəlib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi İnstaqram hesabında hər zaman özünə qulluq məhsulları və digər reklamlar edir. Bu dəfə isə Yasemin nəmləndirici kremi paylaşıb. İzləyicilərinə yerləşdiyi linkə keçib məhsulu almaqlarını tövsiyyə edib.

Lakin kremin qiymətini görən izləyicilər sosial mediada üsyan edib. Onlar aktrisanı tənqid ediblər. Bildirilib ki, kremin qiyməti 45 min lirədir (5402 manat - təxminən).

"Kremin qiymətinin 45 min olmasından başqa bir problem yoxdur", "Kasıbıq amma axmaq deyilik", - deyə, izləyicilər paylaşım ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.