Şou-biznes

Şəbnəm pərəstişkarına söz verdiyi evi tikdirmədi - VİDEO

23 Fevral 2022 05:22
5 Şərh     Baxış: 2 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Şəbnəm Tovuzlu pərəstişkarlarından birinə ev tikdirəcəyi sözünü vermişdi.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi fikrindən daşınıb. Bu haqda Şəbnəm özü MTV-yə açıqlamasında deyib. O bildirib ki, ev üçün 6-7 min manat nəzərdə tutsa da, qarşı tərəfin istəkləri çox olub:

"Ev söhbətinə canla-başla yanaşmışdım. 6-7 min civarında nəzərdə tutmuşdum, az məbləğ deyil. Adam göndərdim, evin ətrafına baxdılar. Bu insan başqa bir şey istədi. 2 otaqlı ev, mətbəx, hamam. Hesabladım, 18-20 min manata gəlib çıxdı. O zaman dedim ki, qardaş sən çox yuxarıdan getdin. Çölünü, içini, əşyalarını kosmetik edəcəkdim. Açığı, vaz keçdim. Çünki o insan başqa şeylər istədi. Mən onu istifadə kimi başa düşdüm".

Şəbnəm yutub kanalında qazandığı məbləği açıqlayıb. O, ayda ən az 5 min dollar qazandığını söyləyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.