İdman

Vinisiusla "Real" arasında nə baş verir?

3 Avqust 2025 12:33
Baxış: 458
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniyanın "Real" futbol klubunun hücumçusu Vinisius müqaviləsini uzatmaq üçün 25 milyon avrodan çox məvacib tələb edir.

Milli.Az bu barədə "El Larguero" nəşrinə istinadən xəbər verir.

Nəşrin mənbəsinin məlumatına görə, "Real" rəhbərliyi bu məbləğin həddindən artıq şişirdilmiş hesab edir. Klubun prezidenti Florentino Peres futbolçuya vergilər çıxılandan sonra ildə 20 milyon avro təklif etməyə hazırdır. Həmçinin bildirilir ki, Vinisiusun ətrafı oyunçunun "Real"ın hazırkı təklifini qəbul etməsinin absurd olacağını düşünür.

Qeyd olunur ki, Vinisiusun müqaviləsində bir milyard avro məbləğində təzminat bəndi olsa da, madridlilər maaş tələbləri dəyişməz qalarsa, digər klublardan təklifləri nəzərdən keçirməyə hazırdır. /"Report"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.