Cəmiyyət

“Diglas”ın keçmiş rəhbərindən yeni addım - 4,6 mln. manat kapital geri çəkildi

3 Noyabr 2025 11:58
Baxış: 626
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı Ticarət Mərkəzi nizamnamə kapitalını kəskin azaldır.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul edilib.

Qərara əsasən, mərkəz noyabrın 13-dən etibarən nizamnamə kapitalını 7 100 110 manatdan 2 500 000 manat azaldıldığını elan edir. Yəni gələn həftədən Bakı Ticarət Mərkəzi nizamnamə kapitalı 4 600 110 manat olacaq.

Qeyd olunub ki, kreditorlar bir ay ərzində öz tələblərini bildirə bilərlər.

Xatırladaq ki, Bakı Ticarət Mərkəzi MMC 2024-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Araz Rəhimovdur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 30 m 67 ünvanında yerləşir. 

A.Rəhimov həm də hazırda "Diglas 2" MMC-nin qanuni təmsilçisidir. O, həm də 2019-cu ilin martında yanğın baş vermiş "Diglas" Ticarət Mərkəzinin direktor müavini və "Lotos" Ticarət Mərkəzinin rəhbəri olub. 

A.Rəhimov 2021-ci ilin mayına qədər "Gilan Dəri" MMC (Gilan Dəri Zavodu) hüquqi adı ilə çıxış edən "A.C.E. DƏRİ" MMC-nin 2022-ci ilin iyununda direktoru təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.