Kriminal

103,3 kq narkotik aşkarlandı - FOTO

3 Avqust 2025 09:53
Baxış: 436
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat - axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Milli.Az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

"Cənub-Astara" gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "bibər" yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən 154 ədəd dördbucaqlı formalı bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 103 kq 395 q narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.