Ölkə

İndi də Ramiz Mehdiyevin Nabrandakı villasının görüntüləri yayıldı - VİDEO

6 Dekabr 2025 15:31
Baxış: 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin daha bir villasının görüntüləri yayılıb.

Milli.Az xəbər verir ki, Nabranda qeydə alınan sözügedən videonu keçmiş deputat Etibar Hüseynov yayıb.

Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Xatırladaq ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.