Rusiya

Rusiyada bu hava limanları BAĞLANDI

3 Avqust 2025 12:23
Baxış: 843
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sankt-Peterburqun Pulkovo hava limanında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.

Məhdudiyyətlərin uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edildiyi bildirilib.

Soçi hava limanı uçuşlara müvəqqəti məhdudiyyətlər qoyub.

Bu barədə hava limanının rəsmiləri Teleqram kanallarında bildiriblər.

Bu cür tədbirlər Rusiyanın regionlarına dron hücumu təhlükəsi yarandıqda tətbiq edilir.

Qeyd edək ki, bundan öncə Sankt-Peterburq hava limanına məhdudiyyət tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.