Şou-biznes

"Rokki" filminin aktyoru vəfat etdi

18 Fevral 2022 19:00
0 Şərh     Baxış: 1 136
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Ən yaxşı atıcı" və "Rokki" filmlərində canlandırdığı obrazlarla yadda qalan aktyor Frenk Peşe vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, amerikalı aktyor 74 yaşında Kaliforniyada dünyasını dəyişib. Ölüm aktyorun uzun müddətdir əziyyət çəkdiyi demensiya (əqli qabiliyyətin pisləşməsi) ilə bağlı fəsadlar səbəbindən baş verib.

Qeyd edək ki, Frenk həmçinin kino sahəsində prodüser, ssenarist və kaskadyor kimi də fəaliyyət göstərib. Onun aktyorluq debütü 1976-cı ildə "Polis əhvalatı" adlı ekran işi ilə olub. Silvestr Stallone və Toni Danza kimi aktyorların isə yaxın dostu olub. Aktyorun övladı olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.