Şou-biznes

“Victoria's Secret”in modelləri necə incə qala biliblər? - Amfetamin... - FOTO

18 Fevral 2022 09:05
0 Şərh     Baxış: 1 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İllərdir bədən quruluşu ilə görənləri valeh edən "Victoria's Secret"in modellərinin necə incə qaldığı məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, son illərdə moda nümayişləri etməsələr belə, onların heyrətamiz bədən quruluşları maraq doğuran mövzu olmaqda davam edir.

2010-2013-cü illərdə "Victoria's Secret" üçün modellik edən Erin Hezerton bu barədə danışıb.

Model deyib ki, dietoloq onlara məsləhət vermək əvəzinə amfetamin (mərkəzi sinir sistemini stimullaşdıran, enerji artıran və iştahı azaldan dərman) kimi dərman verib:

"Mənim müalicəmə piylənmə üçün istifadə edilən "Phentermine"lə başladı. Özümə hamiləlik zamanı istehsal olunan hormon- HCG vururdum".

Arıqlamaq lazım olduğunu düşünən Erin sonradan digər modellərin sınadığı üsulu sınamağa başlayıb. Hər səhər şəkər xəstəsi kimi qarnına iynə vurub.

Erin indiki həyatında daha xoşbəxt olduğunu deyib və əlavə edib ki, heç kimin qida pozğunluğu ilə mübarizə aparmasını və ya bədəninə nifrət etməsini istəmir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.