Şou-biznes

"Elgizlə izlə" niyə yayımlanmır?

16 Fevral 2022 16:48
4 Şərh     Baxış: 2 504
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcılığını Elgiz Əkbərin etdiyi "Elgizlə izlə" verilişi bu gün efirə getməyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı ötən gün efirdə sağollaşarkən bu gün təqdim edəcəyi bəzi məsələlərin anonsunu verib. Buna baxmayaraq onun yerinə ARB kanalında "Gizlənpaç" filmi yayımlanıb.

Məsələ ilə bağlı aparıcı Elgiz Əkbərlə əlaqə saxlamağa çalışsaq da o, telefona cavab verməyib. 

ARB kanalının mətbuat katibi Mail Əsgərov isə məsələ ilə bağlı Axşam.az-ın soruğusunu belə cavablandırıb:

"Texniki işlərlə bağlıdır. Sabah yayımda olacaq".

Qeyd edək ki, son günlər "Elgizlə izlə" proqramının yayım vaxtı da qısaldılıb. Əvvəl saat 14:00-dan 16:00-a kimi yayımlanan veriliş artıq 15:30-a kimi efirə gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.