Şou-biznes

Əməkdar artist yenidən əməliyyat olunacaq

15 Fevral 2022 20:30
0 Şərh     Baxış: 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Gülbahar Şükürlü növbəti dəfə gözündən əməliyyat olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a qarmon ifaçısının özü məlumat verib:

"Bir neçə gün öncə bir gözümdən əməliyyat olundum, yaxın günlərdə isə digər gözümdən əməliyyat olunacam. Əməliyyat xəbərimi eşidib, bir çox insanlar mənə görə narahat olub. Narahatlığa səbəb yoxdur". 

Qeyd edək ki, Əməkdar artist daha əvvəl Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşdu. Onun başında onkoloji şiş aşkarlanmışdı. Maddi durumu yaxşı olmayan sənətçi bir müddət öncə xəstəxanaya getməkdən və əməliyyatdan imtina etmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.