Müğənni Çingiz Mustafayev bu dəfə İndoneziyaya köçüb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi uzun müddətdir Balidə yaşayır. Çingiz burada etnik musiqi ilə məşğuldur. O, Balidə məkanlarda çıxış edir.
İfaçı çıxışlarından görüntüləri də sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, bundan əvvəl sənətçi elektronik musiqi janrında ifa edəcəyini açıqlamışdı. Çingiz Rusiyaya köçüb Moskvada yaşayırdı.
Milli.Az