Müğənni Xatirə İslam efirlərə çıxmaq üçün telekanal rəhbərlərindən qonorar istəməsinə dəstək olan Xuraman Şuşalı və Elçin Hüseynova cavab verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi artıq sənət adamlarının ona dəstək olduğunu bildirib.
Xatirə paylaşıma "Bəh-bəh, düzələnə oxşayır. İş orasıdır ki, efirdən qonorar alanlar elə susanlar olacaq" şərhini yazıb.
Qeyd edək ki, Xatirədən sonra müğənni Natavan Həbibi və reper Elşad Xose də efirlərdən qonorar istədiyini açıqlayıb. Onların bu sözü isə qalmaqala səbəb olub.
Milli.Az