Şou-biznes

"Sənətkarları yox, cılız vaynerləri tanıyırlar" - Allahverdi Yolçuyev

5 Fevral 2022 16:28
0 Şərh     Baxış: 692
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Təəsüf ki, sənət aləmindən kənarda insandan soruşanda Rza Təhmasib, Adil İsgəndərov, Hökmə Qurbanova, Ələsgər Ələkbərovu tanımırlar. Cılız vaynerləri, mənasız gülüşlərlə dolu videolardakını tanıyırlar".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev "ATV səhər" proqramında deyib. O, hazırda efirdə yayımlanan yumor xarakterli videoları tənqid edib:

"Bu, gənc sənət adamlarına aid deyil. Ümumi gənclərə aid edirəm. İnkişaf göz qabağındadır, çatmaq olmur. Əvvəl yazıçı, dramaturq əsər yazırdı, yoxlanılırdı, sonra efirə buraxılırdı. İndi küçədə nə danışılır efirə gətirilir. Onlarla razı deyiləm. Küçə ifadələri olmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.