Şou-biznes

"Cinsi əlaqə zamanı çəkiliş edir, məni döyürdü" - FOTO

4 Fevral 2022 01:31
0 Şərh     Baxış: 6 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

90-cı illərdə məşhur olan "Spice Girls" qrupunun üzvü, "Mel B" ləqəbi ilə tanınan 46 yaşlı Melani Braun yaşıdı olan keçmiş həyat yoldaşı Stefen Belafontedən 10 il ərzində gördüyü şiddət barədə dəhşətli etiraflar edib.

Milli.Az big.az-a istinadən xəbər verir ki, o, fiziki və mənəvi təcavüzə məruz qaldığını və nəhayət 2017-ci ildə boşandığını deyib.

"Bilirəm ki, münasibətlərdə zorakılığa məruz qalan bir çox qadın özünü gücsüz və digərləri tərəfindən görünməyən hiss edir. Bu səbəbdən səsimi ucaldıram. Nəhayət evliliyimə son qoyduqdan sonra, karyeramı riskə atmaq bahasına olsa da, yaşadıqlarım və acı təcrübəm barədə "Brutally Honest" adlı kitab yazmaq qərarına gəldim.

Keçmiş sevgilim cinsi əlaqə zamanı çəkiliş edir, məni döyürdü. O, heç kəsin mənə inanmayacağını, sübutumun olmadığını, içki və narkotikin münasibətlərimizin bir hissəsi olduğu üçün daim üzüqara olacağımı beynimə yeritmişdi", - deyərək Melani etiraf edib.

Şöhrət və sərvət sahibi olmasına baxmayaraq, bədbəxt həyat sürən ulduz hələ də psixoloji olaraq yaxşılaşa bilmədiyini deyib. O, evlilik dövründə hər şey yaxşı imiş kimi görünsə, rola girsə, həqiqətən də normal, sevgi dolu münasibətlərinin olacağına ümid edib.

Lakin ayrılmaq istəsə də, alınmadıqda Melani çox əzab çəkdiyini, gecələr yata bilmədiyini, kabuslar görüb qorxu içində yuxudan oyandığını danışıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.