Şou-biznes

Navai xalqdan üzr istədiyi VİDEOnu sildi

3 Fevral 2022 11:18
0 Şərh     Baxış: 1 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı haqda səsləndirdiyi təhqiramiz ifadəyə görə tənqid olunan repçi Navai (Nəvai Bəkirov) növbəti addımı ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, Azərbaycan xalqına səslənib üzr istədiyi videonu instaqram səhifəsindən silib. Onun bu hərəkəti müzakirələrə səbəb olub.

Qeyd edək ki, bir neçə gün öncə reperin Bakının ünvanına nalayiq ifadə səsləndirdiyi video yayılmışdı. Bu sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin şəkildə qınanılmışdı. Navai əvvəlcə həmin görüntülərin montaj olduğunu söyləsə də, sonra səhvini qəbul edərək üzr videosu çəkmişdi. O, sözügedən kadrlarda sərxoş olduğunu, səhv etdiyini demişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.