Şou-biznes

Bu gün Afət Fərmanqızının toyudur

28 Yanvar 2022 09:40
14 Şərh     Baxış: 3 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün müğənni Afət Fərmanqızının toyudur.

Milli.Az olay-a istinadən xəbər verir ki, tanınmış ifaçı Bakının populyar restoranlarının birində şad gününü qeyd edəcək. 

A.Fərmanqızı məlumatı təsdiq edib, lakin böyük toy yox, kiçik bir məclis keçirəcəyini vurğulayıb:

"Toy deyil, özüm üçün qonaqlıq edirəm. Yaxın ailə üzvlərimiz olacaq. Bir ay öncə ad günüm olmuşdu, burada olmamışdıq. Nikah üçün Rusiyaya getmişdik. Orada nikah bağladıq. Öz yaxın çevrəmiz üçün qonaqlıq edirik. Şou-biznesdən, həmkarlarımdan heç kim olmayacaq. Məclis ailə arasındadır. Mediaya açıq edərdim, lakin gördüm ki, camaat söyür, qarğış edir, ona görə istəmirəm. Bu məsələ ilə bağlı şəkil, video heç yerdə ola bilməz. Qonaqlarımın da əlindən telefon alınacaq, heç kim orada şəkil də çəkdirməyəcək. Həm ad günümdür, həm nikahımızı, həm də yeni klipimin təqdimatını qeyd edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.