Şou-biznes

Oyun zamanı şok anlar: azarkeş bıçaqla futbolçuya... - FOTO

24 Yanvar 2022 20:54
0 Şərh     Baxış: 1 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyanın U-20 çempionatının yarımfinal matçında xoşagəlməz hadisə baş verib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, baş məşqçisi Aleks de Souza olan "Sao Paulo"nun "evdə" "Palmeyras"a 0:1 hesabıyla uduzduğu görüşün əlavə olunmuş ikinci dəqiqəsində meydan sahiblərinin azarkeşlərindən biri bıçaqla stadiona qaçıb.

Meydançaya girən fanat rəqib komandanın futbolçusu Lukas Freitası bıçaqlamaq istəyib. Bu zaman stadionun mühafizə xidməti dərhal olaya müdaxilə edib və tərəflər sakitləşdirilib. Xəsarət alan olmayıb.

Bunun ardınca oyun qaldğı yerdən davam etdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.