Şou-biznes

Gövhər Həsənzadə: "Kənardan səni özləri seçəcəklər" - FOTO

6 Mart 2012 16:01
0 Şərh     Baxış: 3 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dəbdəbəli təqdimatlara ehtiyac duymayan, ürəyi musiqi ilə döyünən Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış bəstəkar, rejissor, çox qayğıkeş ana Gövhər Həsənzadə bu gün doğum gününü qeyd edir.

Milli.Az-ın əməkdaşından təbrik qəbul edən yubliyar, nədənsə, təntənəli doğum günü məclisi təşkil etmək niyyətində deyil: "Sadə, ailə üzvlərimin əhatəsində qeyd edəcəyik bu günü. Sual edə bilərsiniz ki, Gövhər Həsənzadə əsla yaxşı dostlarının toplaşdıqları məclislərdən kənar qalmır, daim məclislərə təşrif buyur, amma öz günündə sakitlik axtarır? Cavabı özüm deyim, çünki dostlarımı xərcə salmaq istəyindən uzağam (gülür). Gecədən qəbul etdiyim təbrik zəngləri, aldığım SMSlər, eləcə də sosial şəbəkədə ünvanlanan xoş sözlərdən sonra dost sözünün ağır bir məsuliyyəti, sanbalı barəsində düşünməyə başladım. Səmimi dost elə bir ürək, elə bir kişilik, elə bir insanlıq tələb edir ki, hər bir insan - hətta vətəndaş sözünün təməlində də dostluq dayanır - dostluğu bacaran insan ailə üzvlərinə qarşı, duz-çörək kəsdiyi insanlara qarşı, sənət baxımından vətəninə, yaşadığına, ona mənsub olan, ona həvalə olunan işlərə qarşı əgər doğrudan da dostcasına yanaşırsa, bunu başa düşürsə və səmimidirsə, insandır demək".

Ad günündə fəlsəfi düşüncələrini bölüşən xanım Həsənzadə, dost sözünü özündə cəmləyən hərflərin ayrı-ayrılıqda daşıdıqları mənanı da özünəməxsus şəkildə çözməyə çalışdı: ""D" hərfinə ağlıma birinci gələn dəyanət oldu, dəyər oldu. "O" hərfi od da ola bilər, ox da. Çünki sənin dostun o qədər qüvvətli, o qədər güclü ola bilər ki, sənə dostuna görə heç kəs dəyib-dolaşmaz, sənə yaxın düşməz. "S" hərfi mənim üçün, sevgi, sədaqət, sirdaş, səmimiyyət, su və səma ilə asossasiya olunur. Mənə belə gəlir ki, su və səma da bu səmimiyyətin elementləridir. Ən son hərf isə ağlımda "təməl" sözünü təzələdi. Nəsə, dilimə gələn tək söz bu oldu. Mənə belə gəlir ki, dost tək ola bilər, tək bir nəfər. Yəni tək sənin üçün ola bilər, tək sənin ola bilər və o, sənin üçün yeganə bir nəfərdir. Yəni sənin cəbhəndə olan, səni sevmək istəyən, səni qəbul edən sadəcə, Tanrının bizə verdiyi bir ömür var. Və mən hər kəsə deyirəm ki, sənin nə qədər ömür sürəcəyini Tanrı bilir, bu ömrü sənə O verib, o ömrü də yaşamalısan. Özünə nə qədər pislik etsən, qalan həyatını da pis yaşayacaqsan. Ona görə də çalış, sənə verilən həyatı məğrur, gözəl, qürurla yaşa. Və mən yenə də deyirəm, biz hamımız hamı üçün gərək yaxşı olaq, çalışaq ki, düşmən qazanmayaq. Kənardan səni özləri seçəcəklər. Kim səni istəyirsə, o, özu sənə yaxınlaşacaq. Zorla heç kəsi özünə yaxınlaşdıra bilməzsən. Sənin seçimin hər şeydən üstündür..."

Şahin Cavadsoy
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.












Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.