Şou-biznes

""Üzdəniraqlar" cərgəsində olmaq istəmirəm"

8 Yanvar 2022 17:00
1 Şərh     Baxış: 1 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ev çəkilişlərini, dövlətli olub-olmamaq barədə danışmağı sevmirəm. Bu gün imkanlarım həddən ziyadədədir. Bizi imkansızlar da izləyir. İstəmirəm, kimsə "bəxtəvərə bax" desin. Bəxtəvər sandıqları insanlar həyatda mücadilə edirlər".

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nisə Qasımova deyib. "Günün Sədası" verilişində qonaq olan ifaçı sənəd nümayəndələrinin yaşam tərzindən söz açıb:

"İllərlə sənətdə qazandıqları naliyyətləri ilə şərait qururlar. İnsanlar  qısqanmasınlar.  Həyatda pünhan yaşamağı xoşlayıram. 3-5 gün geyindiyim libaslar qatlanıb kənara qoyulur. Adıma-sanıma görə, gündəmdə qalmaq üçün şit işlər görə bilərəm. Lakin gözümün  qabağına ailəm, anam gəlir. Onlar məni şit hərəkətlərə yol verərkən görmək istəməzlər. "İnstagramda" "üzdən iraqlar" cərgəsində olmaq istəmirəm. Uşaqlıqdan bugünə qədər mənfi rəylər olmasın deyə, hər sahədə özümü toparlamağa çalışmışam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.