Şou-biznes

“Grammy” Mükafatlarını təqdimetmə mərasimi təxirə salına bilər

5 Yanvar 2022 11:12
0 Şərh     Baxış: 797
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yanvarın 31-nə planlaşdırılan 64-cü "Grammy" Mükafatlarını təqdimetmə mərasimi "Omikron" ştammının yayılması səbəbindən təxirə salına bilər.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Billboard" öz mənbələrinə istinadla bildirib.

Bununla belə, ABŞ Milli Səsyazma İncəsənət və Elmlər Akademiyasının sözçüsü hələ qərarın verilmədiyini vurğulayıb.

Xatırladaq ki, ötən il də mükafatlandırma mərasimi koronavirus səbəbilə yanvar ayından mart ayına kimi  təxirə salınmış və qısaldılmış formatda keçirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.