Yanvarın 31-nə planlaşdırılan 64-cü "Grammy" Mükafatlarını təqdimetmə mərasimi "Omikron" ştammının yayılması səbəbindən təxirə salına bilər.
Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Billboard" öz mənbələrinə istinadla bildirib.
Bununla belə, ABŞ Milli Səsyazma İncəsənət və Elmlər Akademiyasının sözçüsü hələ qərarın verilmədiyini vurğulayıb.
Xatırladaq ki, ötən il də mükafatlandırma mərasimi koronavirus səbəbilə yanvar ayından mart ayına kimi təxirə salınmış və qısaldılmış formatda keçirilmişdi.
Milli.Az