Şou-biznes

"Zibil atmaq məni xoşbəxt edir"

29 Dekabr 2021 08:56
1 Şərh     Baxış: 1 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Hazar Ergüçlü "Vogue" jurnalına müsahibəsində həm şəxsi, həm də iş həyatından söz açıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa heç vaxt, heç yerdə açıqlamadığı sirrləri etiraf edib: 

"Köhnə geyimlərimi ata bilmərəm. Elementlərlə bağlı problemim var. Bir şey itsə, çox pis oluram, hətta ağlayıram.

Banan yemək məni çox xoşbəxt edir. Gözlərimdən ürəklər çıxmağa başlayır. Bundan başqa, zibil atmaq da xoşbəxtlik mənbələrimdəndir. Ağır işlərlə məşğul olmağı xoşlayıram. Məsələn, Kiprdə anamın yanında olanda ocağın üstündəki yeməyi qarışdırmıram. Bunun yerinə stolu çəkər və ya stulları başqa yerə daşıyaram.

Elə bir yaşdayam ki, sürətlə dəyişirəm. İki ay əvvəl məndən "Özünü kifayət qədər yaxşı tanıyırsan?" deyə soruşanda "Bəli" deyərdim. İndi eyni suala cavabım "Xeyr" olar".

Hazar çalışdığı sənətdə qadın olmağın çətinliklərindən də söz açıb:

"Çəkiliş meydançaları ciddi bir yerdir. Məni çox tez böyütdü. Başqa yerdə belə qısa müddətdə öyrənə bilməyəcəyim şeyləri öyrətdi. Kənardan əyləncə parkına bənzəyir, amma elə deyil. Heç layiq olmadığınızı düşündüyünüz ağır təcrübələr yaşaya bilərsiniz. Bir qadın aktrisa kimi "burada çox yaxşıyam" deyə biləcəyiniz yer yoxdur. Bura kommersiya məkanıdır, burada həqiqət qəddardır, qışqırsan da heç nə dəyişmir. Sənayedə qadın olmaq çətindir, amma bu, eyni anda baş verə biləcək ən yaxşı şeydir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.