Zeynəb Xanlarova 85 yaşında
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrın 28-i SSRİ xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı və "Heydər Əliyev" ordeni laureatı Zeynəb Xanlarovanın ad günüdür.
Milli.Az olay-a istinadən xəbər verir ki, müğənninin 85 yaşı tamam olur.
Zeynəb Yəhya qızı Xanlarova 1936-cı ildə Bakı şəhərində anadan olub. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb.
Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Sənətkarın repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.
Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib.
Z.Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. "Şöhrət" ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.
Yəməndə +50 dərəcə temperaturda açıq havada konsert verib. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert keçirib. Əfqanıstanın ozamankı rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görülüb.
Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənnidir.
Zeynəb Xanlarova dəhşətli Çernobıl faciəsi baş verən zaman konsertlərindən qazandığı gəlirlərdən ibarət böyük məbləği zərərçəkmişlərə bağışlayır və yardım siyahısında Azərbaycanın adı Zeynəb xanımın sayəsində öz layiqli yerini alır.
ABŞ-da ən çox konsert verən Azərbaycan sənətkarlardandır. Bu ölkəyə ilk səfəri 1989-cu ildə baş tutan müğənni 2012-2015-ci illərdə ABŞ-da yenidən konsert proqramları ilə çıxış edib.
Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-IV çağırış) deputatı olub.
Zeynəb Xanlarova Milli Məclisdə İranla viza rejiminin yaradılması təklifini qətiyyətlə rədd edən və oradakı soydaşlarımızın Azərbaycana rahatlıqla gəlib-getməsinin tərəfdarı olan şəxslərdəndir.
Milli Məclis fəaliyyəti zamanı bir çox vətəndaşlar tərəfindən "susan deputatlar" siyahısında sadalansa da, bir sıra qalmaqallı çıxışların müəllifidir. Dəniz kənarı hasarlar, müəllimlərin, həkimlərin maaşı, pensiya və s. sosial məsələlərdə bir neçə dəfə emosional çıxışlar edib.
Xalq artistinin hazırda ABŞ-da yaşadığı bildirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paltar etiketindəki bu işarəyə baxmadan maşını işə salmayın — Mütəxəssislərdən xəbərdarlıq
-
Pomidor yeyərkən iki dəfə düşünün
-
Fərhad Mehdiyevin qızı qəzada həlak oldu - Yenilənib - FOTO
-
Fransa millisi dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
-
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə Brunonu gətirir
-
Xocəsən gölü daşdı, evləri su basdı: Bələdiyyədən açıqlama - VİDEO
-
Avtobusda qeyri-etik görüntülər: Saxlanılan var - VİDEO
-
Anasından Ramal İsrafilova bahalı hədiyyə - FOTO
-
Sürücülərin nəzərinə: "Bonus-Malus" ləğv olundu, yeni sığorta qaydaları nələri dəyişir?
-
Uğurun yerinə Burak Özçivit gətirilir
-
İsveçrənin vitse-prezidenti erməni revanşistə yerini göstərib
-
“Atam tez gəl desə də, son nəfəsinə çata bilmədim” - Anar Heybətovla müsahibə
-
Günün qoroskopu: Gözlənilməz xərclər büdcənizi sarsıda bilər
-
Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın
-
Roberto Martines millini tərk etməyə hazırlaşır
-
"İçən adam idi, çox vaxt aptek spirti içirdi"
-
Ruben Amorim "Milan"ın baş məşqçisi oldu
-
Gəncədə müğənni qəzaya düşdü - FOTO
-
Sabah Xətai rayonunda qaz olmayacaq
-
Ozan Akbabanın doğulduğu ev - FOTO
-
“Yarqunat”la Dağların toyu oldu - VİDEO
-
Bəzi sürücülər kəmər taxmaya bilər
-
Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
-
“Qısa müddətdə formaya düşməliyik” - Qurban Qurbanov





