Şou-biznes

Yorğana bürünüb foto çəkdirdi, tənqid olundu

27 Dekabr 2021 05:36
0 Şərh     Baxış: 1 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Bergüzar Korel sosial media hesabında "Səhər makiyajla oyanıb yorğana bürünməyən "lohusa" da (doğuşdan sonra qadının yaşadığı 6 həftəlik müddət) nə bilim..." şərhi ilə yeni fotolarını paylaşıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, yorğana bürünən aktrisanın şəkilləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Müxtəlif maqazin səhifələrində tənqid olunan fotolara Bergüzarın hesabında mənfi şərh gəlməməsi də diqqət çəkib.

Bir müddət əvvəl ana olan aktrisanın ünvanına "Elə bil uşaq dünyaya gətirmək özəlliyi ancaq ona verilib, gülməli görünür", "Bu da "Hürrem" kimi davamlı olaraq uşaq dünyaya gətirir", "Əvvəllər sevirdim, amma son vaxtlar çox iyrənc olub. Necə hörmətli və yetkin biri idi", "Tənqid etmək fikrində deyiləm, sanki bu qadın gənc olanda daha ağırbaşlı idi" kimi şərhlər yazılıb.

Qeyd edək ki, aktyor Halit Ergençlə ailəli olan Bergüzar ötən ay üçüncü övladını dünyaya gətirib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.