Şou-biznes

Tolik özündən çıxdı: O simasızı görməmək üçün toya getmədim

22 Dekabr 2021 14:12
2 Şərh     Baxış: 3 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prodüser-aparıcı Tarix Əliyev müğənni Nadir Qafarzadənin oğlunun toyuna dəvətli olsa da, getmədiyini açıqlayıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, prodüser bu haqda "Tarixin bir günü" proqramında danışıb. O bildirib ki, məclisə çağırılan bəzi xanım ifaçılara görə məclisə qatılmayıb:

"Süni insanları görmək istəmirəm. Çox sevdiyim, xanımına hörmət bəslədiyim Nadir Qafarzadənin oğlunun toyu oldu. Orada həm qonaq kimi olmalı idim, həm də bəzi təşkilati işləri görməliydim. Amma orada simasız, xanım adına layiq olmayan insanları görməmək üçün getmədim. Hətta ən yaxın dostumu da buna görə sildim. Ya dostumun dostu, düşmanımın düşmanı olacaqsız, ya da yanımda olmayacaqsınız".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.