Dünya

Tramp Putinlə Alyaskada nə danışacaq?

14 Avqust 2025 10:41
Baxış: 367
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və avropalı müttəfiqlərinə Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın bölünməsi barədə danışmayacağını bildirib.

Milli.az xəbər verir ki, "NBC News"un mənbələrinə görə, Tramp Avropa liderlərinə Putinlə Alyaskada keçirilməsi planlaşdırılan görüşün əsas məqsədinin Ukraynada atəşkəsin əldə olunması olduğunu vurğulayıb.

Məlumata görə, Tramp Avropa liderləri ilə telefon danışığında Putinlə heç bir torpaq mübadiləsini müzakirə etməyəcəyini açıq şəkildə bəyan edib.

Tramp və Avropa liderləri Ukraynada sülh danışıqlarına başlamazdan öncə atəşkəsin vacibliyi barədə razılığa gəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.