Cəmiyyət

İslamabadda hərbçilərimizi Azərbaycan dilində salamladılar - VİDEO

14 Avqust 2025 10:33
Baxış: 492
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilk dəfə olaraq Pakistanın paytaxtı İslamabadda təşkil olunan və "Müstəqillik Günü" ilə "Haqqın Qələbəsi"nə həsr olunan hərbi paradda iştirak ediblər.

Milli.Az xəbər verir ki, hərbçilərimizin paraddakı keçidi xüsusi maraq doğurub. Tədbir zamanı aparıcılar Azərbaycan komandolarını "Pakistana xoş gəlmisiniz" və "Yaşasın Pakistan-Azərbaycan birliyi və qardaşlığı" şüarları ilə ana dilimizdə salamlayıblar.

Azərbaycan dilində səsləndirilən bu səmimi ifadələr və hərbçilərimizin paraddakı məğrur addımları sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.