“Qiymətləndiricilər Palatasının belə səlahiyyəti yoxdur”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Son vaxtlar Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyinin səlahiyyət sərhədlərini aşaraq qanunvericilikdə nəzərdə tutulmayan müdaxilələr etməsi müşahidə olunur".
Bu barədə Trend-ə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nəzdində 50 ildən çoxdur fəaliyyət göstərən "Azərekspertiza" Birliyindən bildirilib. Belə ki, adıçəkilən birliyin adı Palatanın rəsmi saytında "fəaliyyəti dayandırılmış qiymətləndiricilər" bölməsində yer alıb. Palatanın rəhbərliyinin iddiasına görə buna səbəb 1995-ci ildə Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Azərekspertiza" birliyinin Nizamnaməsi kiril əlifbası ilə yazılmasıdır və birlik qeyri-kommersiya təşkilatıdır. Palata rəhbərliyi bunu qanuna uyğun yox öz daxili prosedurlara əsasən müəyyən edib.
Palatanın rəhbərliyinin bu addımı mövcud qanunvericiliyin pozulmasıdır. "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən "Qiymətləndiricilər Palatası qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir" - səlahiyyətləri yalnız qiymətləndirici fiziki şəxslər ilə məhdudlaşır.Qanunda aydın şəkildə göstərilir ki, qiymətləndirici - bu qanunla müəyyən edilmiş tələblərə cavab verən, qiymətləndirmə fəaliyyəti hüququna malik olan və Palatanın üzvü olan fiziki şəxsdir. Qiymətləndirmə sahəsində fəaliyyət göstərən təşkilat isə ayrı hüquqi subyektdir və onun üzərində Palatanın rəhbərliyinin heç bir ləğvetmə və ya xitamvermə səlahiyyəti yoxdur".
"Azərekspertiza" Birliyi öz sahəsində uzun illərdir peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğuldur. Burada çalışan əməkdaşların böyük bir hissəsi 10 illərlə bu sahədə təcrübəyə malikdir. Onların arasında 27 illik və 14 illik peşəkar təcrübəyə malik qiymətləndiricilər var. Bu, fəaliyyətin sabit və davamlı olduğunu göstərir. Palatanın rəhbərliyinin iddialarına cavab olaraq Birlik tərəfindən bizim redaksiyamıza İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilən arayışlar təqdim edilmişdir. Arayışlara əsasən "Azərekspertiza" Birliyi digər kommersiya təşkilatlarına aiddir və onun Nizamnaməsi hal-hazırda qüvvədədir. "Bu da öz növbəsində "Azərekspertiza" Birliyinin fəaliyyətinin tam qanuni olduğunu təsdiq edir".
"Azərekspertiza" Birliyi tərəfindən qeyd edilib ki, hal-hazırdakı Palatanın sədri 2019-cu ildə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri olarkən Birliyə 5 illik Şəhadətnaməni təqdim edib və Birliyin Nizamnaməsinin kiril əlifbası ilə yazılması məsələsini qaldırmamışdır.
Əsas səbəb isə hal-hazırda Palatanın sədrinə mənsub şirkətlərlə Birliyin eyni lahiyələrdə xidmət göstərməsidir. Palata rəhbəri tərəfindən qanunazidd, heç kimə məlum olmayan daxili prosedurlara əsasən qəbul olunan və bu günə qədər bizə təqdim edilməyən qərarın məqsədi "Azərekspertiza" Birliyini həmin lahiyələrdən uzaqlaşdırmaqdır və bu hərəkətləri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda AQP-nin qiymətləndirici təşkilatlara qarşı heç bir səlahiyyət - fəaliyyətə xitam verilməsi, ləğvetmə və ya digər tədbirlərin tətbiqi nəzərdə tutulmayıb.
Palata rəhbərinin bu addımı açıq-aşkar hüquqaziddir və bu səbəbdən də yaranmış vəziyyətlə bağlı hüquqların müdafiəsi məqsədilə məhkəmə mübahisələri də daxil olmaqla qanunvericiliyin verdiyi bütün hüquqi vasitələrdən istifadə ediləcək.
Qiymətləndirmə sahəsindəki hüquqi çərçivələrin pozulması yalnız konkret təşkilatlara deyil, ümumi ictimai inama və iqtisadi münasibətlərə zərər vurur.
Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Palatasından sorğumuza belə cavab aldıq: "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanunda açıq şəkildə göstərilir ki, Palata qiymətləndiriciləri üzvlüyə qəbul edir və onların reyestrini formalaşdırır. Bununla paralel olaraq, Rəyasət Heyətinin keçirilmiş iclasında qəbul edilən qərar və qərardan irəli gələn reqlament əsasında, Palata həmin qiymətləndirici təşkilatın siyahısını formalaşdırır ki, qurumlar təşkilatları axtarıb tapmaq istədikləri zaman çətinlik çəkməsinlər. Hələ ki Palata formalaşmaq prosesindədir deyə bu addımı atmağa zərurət yaranıb.
"Azərekspertiza"ya gəldikdə isə onların qiymətləndiricilərini siyahıdan çıxarmamışıq. Qiymətləndiricilər siyahıdadır, onlar fəaliyyət göstərə və fəaliyyətlərini davam etdirə bilərlər. Lakin Palata "Azərekspertiza"nı uzaqlaşdırıb. Çünki dəfələrlə onların özlərinə şifahi və yazılı qaydada müraciət etdik ki, Nizamnamə dəyişdirilməlidir, "Azərbaycan dövlət dili haqqında" Qanuna uyğun olaraq latın qrafikalı əlifba ilə yazılıb verilməlidir. Amma onlar bunu icra etmədilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ad gününün səhərisi vəfat etdi - FOTO
-
31 yaşlı qadın kafedə qətlə yetirildi - Əri saxlanıldı
-
Bakı sakinlərinə xəbərdarlıq: Sabah alternativ yollardan istifadə edin
-
İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO
-
Gürcüstandan Azərbaycana xəstə heyvanlar gətirmək istədilər
-
Maştağada yaşayış evi qrunt sularının altında qaldı
XƏBƏR LENTİ
-
Ad gününün səhərisi vəfat etdi - FOTO
-
31 yaşlı qadın kafedə qətlə yetirildi - Əri saxlanıldı
-
"Zirə"nin futbolçusu "Sabah"a qarşı matçda meydana çıxa bilməyəcək
-
İlham Əliyevlə Pakistanın Baş naziri arasında telefon danışığı olub - FOTO
-
"Real Madrid"də köklü dəyişiklik: 9 nəfər göndəriləcək
-
Bakı sakinlərinə xəbərdarlıq: Sabah alternativ yollardan istifadə edin
-
Britaniya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb FOTO
-
İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO
-
ABŞ bu ərazidə yeni hərbi bazalar planlaşdırır
-
Gürcüstandan Azərbaycana xəstə heyvanlar gətirmək istədilər
-
Maştağada yaşayış evi qrunt sularının altında qaldı
-
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
-
Əhalinin banklara etibarı güclənir?
-
Elektron siqaretlərlə bağlı QƏRAR - RƏSMİ
-
Hantavirus necə yayılır? - İnfeksionist açıqladı
-
Qapılara yapışdırılan elan vətəndaşa baha başa GƏLDİ
-
"Real Madrid"in yeni baş məşqçisi artıq BƏLLİDİR
-
Səhnəyə Azərbaycan bayrağı ilə çıxdı - VİDEO
-
WUF13-ün tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək
-
Anasını öldürməkdə təqsirləndirilən şəxs barədə şok FAKTLAR
-
9 əkiz uşağının 5 yaşını keçirdi: Möcüzə BAŞ TUTDU - VİDEO
-
“Araz-Naxçıvan” onu göndərdi
-
Açıq hava formatında WUF13 Bulvarı yaradılıb
-
Arda Turan yeni mövsümdə bu komandanı ÇALIŞDIRACAQ





