Türkiyənin Mersin vilayətinin dörd kəndinin 200-ə yaxın sakini meşə yanğınları səbəbindən təxliyə edilib.
Milli.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Mersin qubernatoru Atilla Toros məlumat verib.
O qeyd edib ki, yanğının söndürülməsinə doqquz helikopter və təyyarə, həmçinin "BE-200" amfibiya tipli təyyarə cəlb edilib.
Bölgədə davam edən küləyin yanğının söndürülməsini çətinləşdirdiyi bildirilir.
Milli.Az