Türkiyənin dörd kəndindən sakinlər təcili təxliyə edildi

14 Avqust 2025 12:10

Türkiyənin Mersin vilayətinin dörd kəndinin 200-ə yaxın sakini meşə yanğınları səbəbindən təxliyə edilib.

Milli.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Mersin qubernatoru Atilla Toros məlumat verib.

O qeyd edib ki, yanğının söndürülməsinə doqquz helikopter və təyyarə, həmçinin "BE-200" amfibiya tipli təyyarə cəlb edilib.

Bölgədə davam edən küləyin yanğının söndürülməsini çətinləşdirdiyi bildirilir.

Milli.Az