Ölkə

Qanunsuz bərpa edilən yanacaqdoldurma məntəqələrinin fəaliyyəti yenidən dayandırıldı - VİDEO - FOTO

14 Avqust 2025 11:43
Baxış: 328
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fəaliyyətini qanunsuz bərpa edən yanacaqdoldurma məntəqələrinin istismarı yenidən dayandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tovuz rayonunun Qəribli, Alakol, Düz Qırıqlı, Hunanlar, Yuxarı Öysüzlü, Abulbəyli və Çatak Pələkli kəndlərində yerləşən "Valeh" MMC-yə məxsus və fəaliyyətləri aşkar olunmuş nöqsanlara görə ötən ilin avqust ayında Agentlik tərəfindən dayandırılmış yanacaqdoldurma məntəqələrinin həmin nöqsanlar aradan qaldırılmadan qeyri-qanuni olaraq fəaliyyətlərini bərpa etdiyi müəyyən olunub.

Məlumata görə, agentliyin əməkdaşları tərəfindən görülmüş müvafiq tədbirlərlə ciddi pozuntuların aşkar olunduğu və hələ də aradan qaldırılmadığı yanacaqdoldurma məntəqələrinin fəaliyyəti yenidən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktların nüsxəsi sahibkara təqdim edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.