Paytaxtdakı restoranlardan birində Ağ Partiya başqanı Tural Abbaslının toyu baş tutub.
Milli.Az Olay-a istinadən xəbər verir ki, Nərmin adlı xanımla ailə quran partiya sədrinin xoş günündə tanınmış siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak edib.
Bununla yanaşı, şou-biznesdən də tanınan simalar toyda səhnə alıb.
Belə ki, müğənni Xatirə İslam T. Abbaslının toyunda iştirak edib. Xatirə instaqramda toydan video paylaşaraq bunun öz istəyi olduğunu bildirib:
"Tural bəy, xoşbəxt olun. Sizin toyunuzda iştirak etməyi və bu toprağa şəhid oğul vermiş ağbirçək ananızı qucaqlamağı özüm istədim. Mən cəsarətli insanları sevirəm".
Milli.Az