Xatirə Tural Abbaslının toyunda... - VİDEO

22 Dekabr 2021 11:24

Paytaxtdakı restoranlardan birində Ağ Partiya başqanı Tural Abbaslının toyu baş tutub.

Milli.Az Olay-a istinadən xəbər verir ki, Nərmin adlı xanımla ailə quran partiya sədrinin xoş günündə tanınmış siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Bununla yanaşı, şou-biznesdən də tanınan simalar toyda səhnə alıb.

Belə ki, müğənni Xatirə İslam T. Abbaslının toyunda iştirak edib. Xatirə instaqramda toydan video paylaşaraq bunun öz istəyi olduğunu bildirib:

"Tural bəy, xoşbəxt olun. Sizin toyunuzda iştirak etməyi və bu toprağa şəhid oğul vermiş ağbirçək ananızı qucaqlamağı özüm istədim. Mən cəsarətli insanları sevirəm".

Milli.Az