Şou-biznes

Məşhur müğənni: "Atam “qanuni oğru” olub" - İlk dəfə açıqladı

17 Dekabr 2021 18:30
0 Şərh     Baxış: 1 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın məşhur estrada ulduzu Keti Topuriya atasının kriminal keçmişindən danışıb. 

Milli/Az lent.az-a istinadən xəbər verir ki, o bildirib ki, atam qatil yox, "qanuni oğru" olub. 
Keti Topuriya Rusiya estradasında nadir simalardandır ki,  şəxsi həyatından danışmağı sevmir.

İlk dəfə yerli "youtube" kanallarından birinə danışan 35 yaşlı müğənni bildirib ki, onun atası Andro Topuriya 90-cı illərdə Gürcüstanda yaşayıb və məşhur "qanuni oğru" olub. Amma Gürcüstanda Salkaşvili hakimiyyətə gəldikdən sonra o, Moskvaya köçüb. Burada isə insultdan dünyasını dəyişib.

"Mənim atam qatil deyil, "qanuni oğru" olub. O, 17 yaşında küçədə dava edərkən bir nəfəri vurmuşdu və həmin adam keçinmişdi. Ondan sonra atamı həbs etmişdilər. Amma sonradan ona bəraət verilmişdi" ,- deyə müğənni bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.