Şou-biznes

Nəsrin jurnalistlərdən qaçdı, hasardan tullandı - FOTO

15 Dekabr 2021 20:30
0 Şərh     Baxış: 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun müddətdir aktyor Gökhan Alkanla eşq yaşayan Nəsrin Cavadzadə ötən gün gözəllik salonuna gedərkən görüntülənib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sevgilisi üçün bir neçə gün əvvəl ad günü sürprizi edən Cavadzadə KİV-i görərkən təşvişə düşüb.

Suallardan qaçmağa çalışan aktrisa divarın üstünə çıxaraq dəmir barmaqlıqlardan tullanıb, daha sonra qaçmağa başlayıb.

Lakin o, yenidən jurnalistləri görəndə təəccüblənib və "rəzil olduq" şərhini verib.

Nəsrin sözlərinə "Bir yerə tez çatmalıyam, dedim ki, belə qalsam, çox vaxt itirərəm, deyəsən, indi də gecikmişəm. Heç olmasa şəkil çəkdirməyi dayandırın. Mənə çox maraqlıdır ki, bu xəbəri necə strukturlaşdıracaqsınız? Heç olmasa hoppandığım divarları çəkin",- deyə əlavə edib.

Aktrisa junralistlərin "İlin ən yaxşı qaçan artisti mükafatını alacağınız",- sözlərinə gülərək cavab verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.