Şou-biznes

"Toppuş bacı" sürətlə çəki itirir: "Yeyə bilmirəm" - FOTO

3 Dekabr 2021 16:54
2 Şərh     Baxış: 2 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İlk dəfədir belə böyük filmdə çəkilirəm. Güman edirəm ki, davamlı olacaq".

Milli.Az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında Əməkdar artist Tünzalə Əliyeva deyib. "5 Betər" filmində rol alan "Toppuş bacı" ləqəbli aktrisa qala gecəsində obyektivimiz qarşısına keçib. Tədbirə qara geyimdə və baş örtüyündə qatılan Tünzalə xeyli çəki atması ilə də diqqət çəkib.

O bildirib ki, xəstəliyi ilə bağlı iştahı kəsilib və yemək yeyə bilmir:

"Hazırda kimyaterapiya almışam. Ümid edirəm, yaxşı olar. Ayağımda tromp var idi. Onda da kimyaterapiya olmazdı. Buna görə də dayandırdıq, o problemi aradan qaldırdıq. İndi ayağım düzəlib və kimyaterapiyaya davam edirik.

Bir həftədir heç nə yemirəm. Son 15 gündə 8 kiloqram çəki atdım".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.