Şou-biznes

2021-ci ilin ən populyar aktyorları açıqlandı

3 Dekabr 2021 12:04
0 Şərh     Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük kino məlumatları bazası IMDb 2021-ci ilin ən populyar aktyor və aktrisalarının siyahısını dərc edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, reytinqə ilin əvvəlində "VandaVijn" serialının yayımlanmasıyla daha da populyarlaşan Elizabet Olsen başçılıq edir.

İkinci yerdə "Bridcertonlar" serialının (2020 - bugünədək) ulduzu Rege-Jan Peyc qərarlaşıb.

İlk üçlüyü 2021-ci ildə "Marvel" istehsalı olan "Qara Dul" filminin iştirakçısı Florens Pyu qapayıb. Aktrisa casus Yelena Belova rolunu oynayıb.

Siyahıda sonrakı yerləri kubalı aktrisa Ana de Armas ("Ölməyə vaxt yoxdur", 2021), "Qulluqçunun nağılı" teleserialında (2017 - bugünədək) baş rollardan birinin ifaçısı İvon Strahovski, aktrisa Anya Teylor-Coy ("Kraliça ilə gediş", 2020), Aleksandra Daddario ("Qadınlar niyə öldürür", 2019 - bugünədək), Kody Komer ("Yevanı öldürərkən", 2018 - bugünədək), britaniyalı aktyor Ben Barnes ("Kölgə və sümük", 2021) və Lili Ceyms ("Rebekka", 2020) tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.