Şou-biznes

İlkinlə komandası “Space”dən gedir

2 Dekabr 2021 13:24
0 Şərh     Baxış: 2 165
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə ay bundan əvvəl ATV ilə yollarını ayıran aparıcı və prodüser İlkin Həsəni "Space" TV-dən də gedir.

Milli.Az olay-a istinadən xəbər verir ki, onunla birgə komandasının üzvləri, aktyorlar - Nicat Rəhimov və İlkin Misgərli də sözügedən televiziya ilə yollarını ayıracaq. Buna səbəb Həsəninin sahib olduğu "İlk media"ya verilən vədlərin "Space" rəhbərliyi tərəfindən yerinə yetirilməməsidir.

Ona görə də kanalda "Buğlama" komediya serialının yayımı dayandırılacaq. Proqramın bundan sonra Xəzər TV-də yayımlanması üçün danışıqlar aparılıb. Lakin İlkin və silahdaşlarının "Xəzər"ə transferi barədə dəqiq qərar verilməyib.

Qeyd edək ki, bu mövsümün əvvəlində "Buğlama" verilişi ATV-dən rebrendinq olan "Space" TV-yə transfer olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.