Şou-biznes

"Cibim pul gördü, başladım evə gəlməməyə" - Elçin

30 Noyabr 2021 17:36
0 Şərh     Baxış: 1 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çox yaxşı uşaq olmuşam, amma 8-ci sinfə qədər: dərs oxuyan idim. Valideynlərim məktəbə gedəndə, müəllimlər deyirdilər gəlməyin, onunla bir problem yoxdur".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov "Özəl" proqramında deyib. Sənətçi uşaqlıda valideynlərini incitməsindən danışıb:

"Oğlan övladlarında bir yaşdan sonra dəyişmə olur. Məndə isə dəyişmə yox, lap dönmə oldu. 13 yaşımdan toylara getdim. Cibim bir az pul gördü. Bəlkə bunla bağlıdır, yolumu dəyişdim. Gecələr telefonu söndürürdüm. Bunlar məni incidən hadisələrdir. Çünki evdəkiləri incitmişəm. Bu gün hər şey yaxşıdır".

Elçin verilişlərdən də gileylənib. O bildirib ki, hər proqrama qatılmayacaq:

"Məni narahat edən suallar verən aparıcıların verilişinə getməyəcəm. Əvvəl o verilişlərdə iştirak edirdim, qıcıqverən sual deyirdilər. Ya kiməsə nəsə deməliyəm, ya da... Abrıma sığınıb cavab vermirdim. İndi səbrim tükənib. Ən yaxşısı getməyim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.