Seriallar

"Taxt Oyunları"ndan sonra psixoloji müalicə alıb

8 Avqust 2021 14:36
0 Şərh     Baxış: 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taxt Oyunları" ("Game of Thrones") serialında "Con Snou" xarakteri ilə məşhurlaşan aktyor Kit Harinqton yaşadığı zehni problemlərə görə müalicə aldığını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor sonuncu müsahibəsində 2019-cu ilin mayında reabilitasiyaya başlamasının səbəbinin sözügedən serial olduğunu təsdiqləyib:

"Taxt Oyunları"ndan sonra psixoloji problemlər yaşadım. Düşünürəm ki, bu, layihə və illərdir gördüyüm işlərlə birbaşa əlaqəli idi. Həmişə təzyiq altında yaşaya bilməzsən".

Kit insanların "Con Snou"ya olan marağı və serialın bitməsi səbəbindən küçəyə çıxmağa qorxduğunu da vurğulayıb.

Qeyd edək ki, aktyor final səhnələrinin çəkilişində sinir krizi keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.