Seriallar

"La case de papel" izləyicilərinə şad xəbər - Sabah hər şey bitəcək

2 Dekabr 2021 17:06
0 Şərh     Baxış: 927
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Netflix" ən çox izlənən və sevilən "La case de papel" serialının sabah son bölümləri yayımlanacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məşhur ispan serialının final mövsümü 10 bölümdən ibarətdir. Onun ilk hissəsini tamaşaçılar sentyabrın 3-də izləyib. İkinci hissə isə dekabrın 3-də tamaşaçılara təqdim ediləcək.

Son bölümdə dəstənin İspaniyadakı bank soyğunçuluğunun necə nəticələnəcəyi nümayiş olunacaq. professorun komandası artıq uzun müddətdir ki, bu soyğunçuluqla məşğuldur. Final anonsu artıq bir neçə müddətdir sosial şəbəkələrdə yayımlanıb. Milyonlarla insan tanıtım çarxına şərhlər yazıb.

Qeyd edək ki, "La case de papel" kriminal dram janrındadır. İlk dəfə 2017-ci il mayın 2-də tamaşaçı qarşısına çıxan ekran işi böyük maraq doğurub. Əvvəlcə "Antena 3" kanalında nümayişə başlayan serial məşhur "Netflix"in diqqətini çəkib və onu almaq qərarına gəlib. Beləcə, "Kağız ev" "Netflix"in ən çox izlənən serialı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.