Rusiya

Kadırovun ailəsinin ən yaxşı təsvirini çəkənə mükafat təyin olunub - VİDEO

9 Sentyabr 2021 12:06
0 Şərh     Baxış: 1 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çeçenistan başçısı Ramzan Kadırov atası Əhməd Hacının və anası Aymaninin ən yaxşı obrazı üçün müsabiqə elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə region parlamentinin sədri Maqomed Daudov özünün "Instagram" səhifəsində xəbər verib.

Siyasətçinin sözlərinə görə, yarışma respublikadan kənarda yaşayan çeçenlərin çoxsaylı müraciətləri ilə əlaqədar başlanıb. Ən yaxşı rəsm üçün müəllifə yarım milyon rubl (11,6 min manat) ödəniləcək.

Şəkillər oktyabrın 5-dək qəbul olunacaq. Kadırovun sözlərinə görə, bir çox istedadlı çeçenlər, xüsusən də gənclər başqa regionlarda və ölkələrdə yaşayırlar.

O, yarışmanın doğma yurd tarixi ilə bağlı biliklərin gücləndirilməsinə və Çeçenistanla mədəni əlaqələrin qorunmasına kömək edəcəyinə əminliyini ifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.